YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxan siyasət

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin müdiri Rufan Şirinov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Şüvi və Sım kənd tam orta məktəblərinin tarix müəllimi Heydər Əkbərov, Astara şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə müəllimi Samirə Abdullayeva çıxış edərək rayon gənclərini təbrik eedib və onlara uğurlar arzulayıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə fəxri fərmanlar təqdim edilib.