YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır

Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə YAP Ağsu rayon təşkilatının foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzülüb.

Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.

YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev çıxışında deyib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Digər çıxış edənlər dövlət gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən danışıblar.

Sonda Vətən müharibəsi qazilərinə və rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.