YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSMN-in daha 100 gənc əməkdaşı YAP-a üzv qəbul olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “S.Əsgərova küç.85” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında 2 Fevral - Azərbaycan Gəncləri Günü”münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərimizin gənclərə qayğısından bəhs edən videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP-ın Yasamal rayonu, “S.Əsgərova 85” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edərək  Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz tarixi xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Xalqımız dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini daim uca tutaraq minnətdarlıqla anır və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, tarixi nailiyyətlərə, qələbələrə imza atır.

Tədbirdə Ulu Öndərimizin daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb, onun ölkəmizdə sosial inkişaf strategiyasının müəllifi olduğu diqqətə çatdırılıb. Sosial sahədə əldə olunan uğurlar, son beş ildə aparılan ardıcıl sosial islahatların nailiyyətləri qeyd edilib.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafı proseslərində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs olunub.

Bildirilib ki, Nazirlik sistemi üzrə son 5 ildə daha 1000-dək əməkdaş müraciətləri əsasında YAP-a üzv olub və partiya üzvü olan Nazirlik əməkdaşlarının sayı artıq 4200-ə qədərdir. Nazirliyin struktur və regional bölmələri üzrə YAP ərazi partiya təşkilatlarının sayı isə 93-ə çatıb. Tədbirdə partiyaya üzv qəbul olunan gənclər Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP sıralarında olmaqdan qürur hissi keçirdiklərini qeyd edib, YAP ideyalarını öz fəaliyyətlərində həmişə yüksək tutacaqlarını vurğulayıblar.

Sonda 2 Fevral - Azərbaycan Gəncləri Günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin partiya sıralarına yeni qəbul olunan 100 gənc əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv