YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin irəli çəkilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Xızı rayonu Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının sədri Ayaz Quliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, ölkədə gənclərin irəli çəkilməsi, gənclər üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Kamran Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi, polkovnik-leytenant Gündüz Abdullayev, Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, Xızı rayon Gənclər və İdman idarəsinin rəis müavini Elyanar Hüseynov, Xızı şəhər tam orta məktəbinin müəllimi Xatın Abadova mövzu ətrafında çıxış ediblər.

Sonra Xızı rayon Gənclər və İdman idarəsi tərəfindən Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə və partiya fəallarına fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Sonda rayonun yeniyetmə və gənc rəssamlarının hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib.