YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Baş Məclisi 20 oktyabrı Ümumdünya Statistika Günü elan edib

BMT-nin Baş Məclisi 20 oktyabrı Ümumdünya Statistika Günü elan edib və hər beş ildən bir bu günün qeyd olunmasını təklif edib.

Baş Məclis 2015-ci il 20 oktyabr gününü “Məlumatların keyfiyyətinin yüksəldilməsi, həyatın keyfiyyətinin yüksəldilməsi” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb. Qəbul olunmuş qətnamədə həmçinin deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib.

Baş Məclis “bütün üzv dövlətlərə, BMT sisteminin ixtisaslaşdırılmış idarələrinin üzvlərinə, təşkilatlarına, digər beynəlxalq və regional təşkilatlara, habelə vətəndaş cəmiyyətinin, o cümlədən elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri kimi qeyri-hökumət təşkilatlarının nümayəndələrinə Ümumdünya Statistika Gününü lazımi qaydada qeyd etməyi təklif edib.”