YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər müəyyənləşib

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib. Oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi ilə 7 idmançı mübarizə aparacaq.

Kanoeçilərin mübarizəsində əsas diqqət dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. V.Demyanenko birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə birnəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kuprin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet ikinəfərlik qayıqla (C-2) 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə isə birnəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Qadınların mübarizəsində isə Olimpiya çempionu İnna Osipenko-Radomskaya birnəfərlik qayıqla (K-1) 200 və 500 metr məsafələrə yürüş edəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarında kayak və kanoe yarışları iyunun 14-16-da Mingəçevirdəki “Kür” Avarçəkmə Mərkəzində keçiriləcək.