YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyəti Bakıya gəlib

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllülər qarşılayıblar.

Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş hava limanında jurnalistlərə müsahibəsində ölkəsinin yarışlara 100 idmançı ilə qatılacağını bildirib: "Biz olkəmizin ən yaxşı idmançılarını birinci Avropa Oyunlarına gətirəcəyik. Portuqaliyaya bir neçə medalla qayıtmağa çalışacağıq”.

Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçmiş jurnalistlərin bir qrupu da Azərbaycana gəlib. Jurnalistlər xüsusi avtobuslarla Media kəndinə yola salınıb.

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayanadək gün ərzində fasiləsiz fəaliyyət göstərəcək.