YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Ölkəmizdə yerli istehsalı stimullaşdırmaq üçün lazımi tədbirlər görülür

«Ölkəmizdə yerli istehsalı stimullaşdırmaq üçün lazımi tədbirlər görülür. Artıq hökumət bununla bağlı yeni sənəd hazırlanıb və yaxın günlərdə qəbul olunması nəzərdə tutulur». Bu fikirləri yap.org.az saytına YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

 A.Hüseynov bildirib ki, sənəd yeni biznesə başlayanlar üçün çox əhəmiyyətlidir və Azərbaycan sahibkarlarının xarici dövlətlərin bazarlarına çıxış imkanlarını artırmaq üçün layihələr hazırlanacaq. Onun sözlərinə görə, layihəyə əsasən, iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və xarici ticarət dövriyyəsinin strukturunda bu sektorun payının artımı üçün sistemli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

«Həmçinin, biznesə yeni başlayan sahibkarlara güzəştli kreditlərin həcmi iki dəfə artırılacaq, elan olunan tenderlərdə ən çox xarici yox, yerli mallara, işçilərə və xidmətlərə yer verən şirkətlərə üstünlük veriləcək. Sənəd sahibkarlara yerli məhsullarını kəmiyyət və keyfiyyətli baxımından yüksəltsinlər, öz məhsullarını xarici bazarlara çıxarmaq və satmaq üçün daha da maraqlı olmağa imkan verəcək. Beləliklə, əlavə güzəştlərin tətbiqi yerli istehsalatın həcminə müsbət təsir göstərəcək»- deyə, A.Hüseynov vurğulayıb.