YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Jukov: Rusiyada birinci Avropa Oyunlarının bütün yarışlarının yayımlanması planlaşdırılır

“Bakıdakı birinci Avropa Oyunlarının bütün yarışlarının Rusiyada yayımlanması planlaşdırılır.” Bu sözləri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Aleksandr Jukov qeyd edib ki, Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti yarışları iki kabel kanalı - “Sport” və “Sport-1” kanalı vasitəsilə yayımlayacaq. Əsas yarışlar isə “Rusiya-2” kanalı ilə nümayiş etdiriləcək. O vurğulayıb ki, Rusiya qarşıdan gələn Oyunlarda yalnız qələbəyə köklənib. Bütün federasiyalar komandaların komplektləşməsinə ciddi yanaşıb, odur ki, Rusiyadan bu Oyunlara güclü komanda yollanır.

A.Jukov Bakıda olimpiya obyektlərinin hazırlıq səviyyəsindən razı qaldığını bildirib. Rusiya Olimpiya Komitəsinin prezidenti deyib: “Son vaxtlar mən Bakıda iki dəfə olmuşam, bütün idman qurğularına baxmışam. Həm Atletlər kəndi, həm də Bakı şəhəri Avropa Oyunlarına çox gözəl hazırlaşır. Əminəm ki, Bakı birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”.

 

DİGƏR Xəbərlər Arxiv