YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmaz rayonunda Şəhid anaları ilə görüş keçirilib

Yanvarın 30-da YAP Xaçmaz rayon təşkilatında Şəhid anaları ilə görüş keçirilib.

Gorusdə Ulu öndərin, şəhidlərimizin və İranda şəhid olmuş həmyerlimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsindəki parlaq qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd etdi. Məhəmməd Balaqadasov bildirdi ki, bu şərəfli döyüşlərdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirərək Vətən uğrunda canlarını qurban verən şəhidlərimiz hər birimizin üçün müqəddəslik simvoludur: “Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.”

Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Vüqar Fərzəliyev, qazı Taryel Didarov, şəhid analarından Nərgiz Veysova, Validə Hacıyeva, Validə Məmmədova, Lalə Əhmədova, Bibixanım Mirzəməmmədova və başqaları çıxış edərək onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda YAP sıralarına daxil olmuş bir qrup şəhid analarına partiya vəsiqəsi təqdim olundu.