YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Uelsdə beynəlxalq toplantı keçirilir

Uelsdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Koreya və Uels hökumətlərinin dəstəyi ilə “InterAction” Şurasının 32-ci illik toplantısı keçirilir.

Toplantıda əsas müzakirə mövzusu Rusiya və Qərb münasibətləri, o cümlədən Ukrayna böhranının həlli məsələsidir.

Toplantı çərçivəsində 2016-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq və “InterAction” Şurasının 33-cü illik toplantısına ev sahibliyi müzakirə olunub.

Komitədən bildiriblər ki, toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Mərkəzin üzvləri - Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana, eləcə də Argentina, Meksika, Yunanistan, Kolumbiyanın sabiq prezidentləri və Kanada, Yeni Zelandiya, İordaniya, Rusiya, İrlandiya, Böyük Britaniyanın keçmiş Baş nazirləri iştirak edirlər.

Qeyd edək ki, “InterAction” Şurası sabiq prezidentləri və baş nazirləri birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar.

“InterAction” Şurası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı bu ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumu çərçivəsində başlayıb.