YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks üzrə milli komandası artıq Bakıdadır

Birinci Avropa Oyunlarında iştirak edəcək Bolqarıstanın boks üzrə milli komandası artıq Bakıya gəlib.

Bolqarıstan komandası Palmi Rançev və Mixail Tankovun rəhbərliyi ilə paytaxtımızda 9 boksçu ilə məşq keçir. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan Radoslav Panteleyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində birinci yeri qazanıb. Tinko Banabakov (49 kq) da “Böyük İpək Yolu” turnirində mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq gümüş medalla kifayətlənib. Qeyd edək ki, T.Banabakov “Baku Crystal Hall”da keçirilən yarışda milli komandamızın üzvü Salman Əlizadədən də üstün olmuşdu.

“Bakı-2015”-də Bolqarıstan millisinin heyətində Tinko Banabakov (49 kq), Daniel Asenov (52 kq), Stefan İvanov (56 kq), Elian Dimitrov (60 kq), Ayrin İsmetov (64 kq), Simeon Çamov (69 kq), Radoslav Pantaleyev (81 kq), Kristian Dimitrov (91 kq) və Petr Belberov (91 kq-dan yuxarı) rinqə çıxacaqlar.