YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Xəzərin Azərbaycan sektorundakı “Ümid” yatağında daha bir quyunun qazılması planlaşdırılır

Xəzərin Azərbaycan sektorundakı “Ümid” yatağında daha bir quyunun qazılması planlaşdırılır. Hazırda yataqda iki istismar quyusu işləyir.

Bu barədə Bakıda keçirilən “Xəzər Neft və Qaz” konfransındakı çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, 2010-cu ildə kəşf olunan bu yataqdan hasilat davam edir.

“Hesablamalara görə, “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir”, - deyə SOCAR-ın prezidenti qeyd edib.