YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları Serbiyada da yayımlanacaq

Mayın 29-da “Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) iyunun 12-28-də keçiriləcək birinci Avropa Oyunlarını serbiyalı tamaşaçıların izləyə bilmələrinə imkan verən yayım müqaviləsini imzalayıb.

Oyunlar ictimai yayım kanalı olan “Radio Television Serbia” (RTS) vasitəsilə ödənişsiz nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə üç milyon evdə izlənilir.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq müqavilə barədə danışaraq deyib: “Bakı-2015” uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir. Çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik olan ölkədir. Biz gələn ay Bakıda serbiyalı idmançılardan böyük uğurlar gözləyirik”.

RTS kanalının direktoru Vladan Skrkik isə bu barədə bildirib: “Mən həmişə idmanın inkişafına dəstək vermişəm. Belə bir yarışın yayımında iştirak etdiyimiz üçün çox şadam”.