YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qriqori Karasin: İyunda beynəlxalq birliyin bütün diqqəti Bakıya cəlb olunacaq

Bakıda Avropa Oyunları dünya əhəmiyyətli hadisədir. Bakı təsadüfən Oyunların paytaxtı seçilməyib. Azərbaycan dünyanın dinamik inkişaf edən, zəngin mədəniyyətə malik ölkələrindən biridir. Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasin söyləyib.

O bildirib ki, bir müddət əvvəl Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Moskvada Avropa Oyunlarının təqdimatı olub. Rusiyalı siyasətçi deyib: “Bu, çox parlaq və maraqlı təqdimat idi. Zənnimcə, iyun ayında dünya birliyinin bütün diqqəti iki həftə ərzində Bakıya, bu Oyunlara cəlb olunacaq. Təbii ki, biz öz idmançılarımıza azarkeşlik edəcəyik. Amma indiki halda Azərbaycana da azarkeşlik edəcəyik, çünki bu, çox mürəkkəb, əhəmiyyətli və kompleks tədbirdir. Bakı Oyunlarına uğurlar arzu edirəm”.