YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşib

«Azərbaycanın inkişafını və tərəqqisisi bəzi xarici və daxili qüvvələr həzm edə bilmir. Olkəmizin inkişafını onların  gözü götürmür. Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir». Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S. Novruzov bildirib ki, Avropa Parlamentinin sədri Marin Şults  spiker Oqtğay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiyi tənqidlərə fikir vermək lazım deyil: «İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir? Matin Şults Riqa sammitində Ermənistanı demokratiyanın çiçəkləndiyini ölkə kimi təqdim edir. Baxmayaraq ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları pozulub. Əgər insan hüquqlarının müdafiəçisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var, Avropa Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə, öz partiyasını da satır, sosial ədalət prinsipinə qarşı çıxır. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik, Şultsun öyrətdiyi adamlardır ki, mayın 30-da mitinq keçirmək istəyirlər. Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağırırlar”.

 YAP İcra katibinin müavini bildirib ki,  Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşib. «Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir»- deyə, S.Novruzov vurğulayıb.