YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edi

Mayın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Antonius Broek təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, BMT-nin prinsip və dəyərlərinə daim sadiq qalan ölkəmizin dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirakından məmnunluğunu ifadə edib.

BMT-nin İnkişaf Proqramının xətti ilə ölkəmizdə yaşlı və aztəminatlı əhali qrupunun sosial müdafiəsinin təmin edilməsində səmərəli fəaliyyətinə, habelə səhiyyə, təhsil və digər sahələrin inkişafına verdiyi dəstəyə görə razılığını bildirən Baş nazirin müavini Əli Əhmədov bu nüfuzlu beynəlxalq təşkilatın respublikamız üçün nəzərdə tutulmuş yardımlarının milli inkişaf gündəliyinə uyğun olaraq bundan sonra da prioritet sahələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.