YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya xarici işlər nazirinin Bakıya səfəri zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaqdır

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo aprelin 23-24-də ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcəkdir.

Səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.

İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcəkdir.

Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlərimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması da nəzərdə tutulmuşdur.

İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim olunacaqdır.

Rəsmi nümayəndə ölkələrimiz arasında iqtisadi münasibətlərin tənzimlənməsi məsələlərinə baxacaqdır.