YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçiriləcək “Caspian Power 2015” sərgisində enerji sənayesinin nailiyyətləri nümayiş olunacaq

İyunun 2-5-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir olan 5-ci yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2015”) sərgisi təşkil ediləcək. Energetika Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstək göstərilən sərginin iştirakçılarının coğrafiyası Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir.

“Iteca Caspian” şirkətindən bildirilib ki, sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunacaq.

“Caspian Power 2015” sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

 

DİGƏR Xəbərlər Arxiv