YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 27-də başa çatacaq

Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın 27-də başa çatacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının  sədri Məzahir Pənahov bildirib.  

M.Pənahov qeyd edib ki, ölkə üzrə yenidən tərtib olunmuş vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək. Onun sözlərinə görə, bununla da, MSK-nıın ilin birinci yarısında əsas fəaliyyəti başa çatacaq.

«Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər»- deyə, MSK sədri vurğulayıb.