YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayonu Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov, idarə, müəssisə, təşkilat nümayəndələri, gənclər iştirak ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edilib.

Tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.