YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajlar çatdırdı

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Ali Baş Komandan İlham Əliyev xalqa 6 oktyabr 2020-ci il tarixli müraciətində demişdir: ″İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir″. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Beş il ərzində işğal olunmuş, 27 il ərzində güclü müdafiə istehkam sistemi yaradılmış ərazilərin mühüm bir hissəsinin qısa müddət ərzində azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Həmin gün xalqımızın tarixinə qızıl hərflərlə - ″Qələbə Günü″ kimi yazıldı.

Şanlı Qələbənin təqdimatı dekabrın 10-da Bakıda keçirildi. Möhtəşəm parad ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Həmçinin Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdi.

Məhz dövlətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan Şanlı Qələbədən sonra qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı.

Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan səhifəsi kimi yazıldı. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş etdirildi. Azərbaycan bu qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir!

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında böyük şücaət göstərərək bir millətin taleyini dəyişdirdi. Tarix yazıldı, məğlubiyyət təqvimləri sıfırlandı, təqvimə Zəfər Günü salındı! Ordumuz ən yeni tariximizi qan və silahla yazdı, torpaqlarımızı düşməndən təmizlədi, işğalçı Ermənistana, onun havadarlarına və dünya ermənizminə böyük unudulmayacaq bir dərs verdi.

Azərbaycan Prezidenti illərlə öz millətini, xüsusən də, gəncliyi vətənpərvərlik ruhu ilə, ideya və şüarları ilə ayaqda tutmağa çalışdı. 17 illik bir hazırlıq Vətən müharibəsi modeli ilə Azərbaycanın işğaldakı torpaqlarının azad edilməsi ilə nəticələndi. Dağlıq Qarabağın statusu ləğv edildi: Ermənistan ordusu və onun təcavüzə dəstək verən xalqı darmadağın edildi. BMT və ATƏT-in həll edə bilmədiyi bir konflikti yeni nəsil zabit və əsgərləri ilə ordumuz, Azərbaycan xalqı ilə birlikdə Prezdent İlham Əliyev həll etdi. Bu gün biz Zəfər Gününü Qələbə Paradı kimi qeyd edirik. Müzəffər Ordumuz və qalib Ali Baş Komandan, onların arxasında bütün ləyaqəti, fədakarlığı ilə dayanan Xalq olaraq!