YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Ağsu rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Umbayev Soltan Məcid oğlunun doğum günü qeyd olunub.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidin Ağsu rayon Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Çıxışlarda şəhid Soltan Umbayevin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Soltan Umbayev 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamanı şəhid olub.