YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rabitə və yüksək texnologiyalar naziri İordaniyada Dünya İqtisadi Forumunda iştirak edib

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İordaniyada Yaxın Şərq və Şimali Afrikaya dair Dünya İqtisadi Forumunda (DİF) iştirak edib.

Nazirlikdən bildirilib ki, yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin qatıldığı forumun açılış mərasimində Azərbaycan hökuməti tərəfindən nazir Əli Abbasov təmsil olunub.

Nazir forumun "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarına qatılıb. Tədbirlərdə qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemləri üzrə müzakirələr aparılıb.

Forum çərçivəsində nazir Əli Abbasovun DİF-in sədri Klaus Şvab ilə ikitərəfli görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə DİF arasında yüksək səviyyəli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2016-ci ilin yanvarında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının keçirilməsi mövzusu müzakirə edilib.

Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə nazir Əli Abbasov İordaniyanın, Uqanda Respublikasının, Bolqarıstanın, Birləşmiş Ərəb Əmirliklərinin, Yaponiyanın nümayəndələri, eyni zamanda dünyada tanınmış korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.