YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfəri mayın 25-də Moskvada Kreml divarları önündə “Naməlum əsgər” abidəsinin qarşısına əklil qoyulması və Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin anılması mərasimi ilə başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşü olub.

S.Lavrov Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində faciə ilə əlaqədar başsağlığı verib. Nazir qeyd edib ki, danışıqlarda iki ölkənin rəhbərlərinin dəqiq müəyyən etdikləri məsələlər müzakirə ediləcək. O bildirib ki, nazir E.Məmmədyarovun səfər proqramı zəngin olacaq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Rusiyanı tarixi əlaqələr bağlayır, ölkələrimiz arasında əmtəə dövriyyəsi daim genişlənir. Nazir ölkələrimizin beynəlxalq miqyasda, habelə humanitar sahədə səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb.