YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan Avropa Oyunlarından çox şeylər gözləyir

“Ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını böyük səbirsizliklə gözləyirik. Azərbaycan bu Oyunlarla bağlı möhtəşəm bir imkana malik olduğu üçün məhz bu idman yarışı da ölkəmizdə keçiriləcək”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan bu Oyunlardan çox şey gözləyir. Onun sözlərinə görə, bu gün Azərbaycanda idmana kifayət qədər böyük diqqət var.
“Ölkəmizin bütün regionlarında Olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi buna bariz sübutdur. Məhz bunun nəticəsi kimi biz uğurlar əldə etməyi gözləyirik. İnanıram ki, biz buna nail olacağıq. Digər tərəfdən, Azərbaycana çoxlu sayda qonaqlar gələcək. Burada onlar Azərbaycanın inkişafı ilə bağlı öz mövqelərini bildirəcəklər. Onlar Azərbaycanın regionun ən güclü, eləcə də tolerant dövləti və inkişaf yolunda olduğunu görəcəklər. Xarici qonaqlar, həmçinin, başa düşəcəklər ki, müstəqil dövlətin bu müddət ərzində əldə etdiyi uğurlar çox çətinliklə qazanılıb. Torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalı daha sürətli inkişafımıza başlıca maneədir”, - deyə R.Rzayev vurğulayıb.