YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan dəfələrlə Olimpiya barışığı konsepsiyasının məqsəd və məramlarına sadiq olduğunu sübut edib

“Azərbaycan Respublikası dəfələrlə Olimpiya barışığı konsepsiyasının məqsəd və məramlarına sadiq olduğunu sübut edib”. Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat  katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, rəsmi Bakı tərəfindən bununla əlaqədar mövqe bildirilib ki, I Avropa Oyunları ərəfəsində Olimpiya barışığının məqsəd və məramlarına Azərbaycan tam şəkildə sadiqdir. Onun sözlərinə görə, amma biz Ermənistanın timsalında görürük ki, onlar hər vəchlə siyasi və təxribat əməllərini davam etdirir.

 «Ermənistan öz əməllərini ilə sübut edir ki, o, Olimpiya barışığı, konsepsiyası və fəlsəfəsindən tamamilə uzaq olan dövlətdir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində son günlərdə hələ də davam edən gərginlik bir daha onu sübut edir ki, işğalçı ölkə Olimpiya barışığının məqsəd və məramlarından uzaqdır. Amma Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Olimpiya barışığı mühitində Avropa Oyunları keçirilməlidir və rəsmi Bakı buna sadiqdir»- deyə, H.Hacıyev qeyd edib.