YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada uydurma “erməni məsələsi” ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankarada uydurma “erməni məsələsi” ilə bağlı beynəlxalq elmi konfrans keçirilib.

İki gün davam edən konfransda Türkiyə hökumətinin və parlamentinin üzvləri, digər dövlət strukturlarının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Rusiya da daxil olmaqla 10-dan çox ölkədən tanınmış alimlər və diplomatlar iştirak ediblər.

Mərkəzin rəhbəri Həsən Cəlal tədbiri açdıqdan sonra Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan çıxış edərək bildirib ki, Ermənistan Türkiyə ilə münasibətdə qeyri-konstruktiv mövqeyini davam etdirir. Ermənilər iddialarının əsassız olduğunu bildiklərinə görə qondarma “erməni soyqırımı” məsələsinin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasından boyun qaçırırlar.

Elmi konfransda uydurma “erməni soyqırımı”nın müxtəlif aspektlərinə dair məruzə və çıxışlar dinlənilib. Azərbaycanlı, eləcə də xarici məruzəçilər ermənilərin XX əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Qarabağ və Naxçıvan da daxil olmaqla Azərbaycanın bir çox bölgələrində, həmçinin Türkiyə ərazisində həyata keçirdikləri kütləvi qırğınlardan, eləcə də 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımından danışıblar.

Toplantı uydurma “erməni məsələsi” barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək dəyərləndirilib.

Konfransın yekunları ilə bağlı hesabat hazırlanıb.