YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Mayın 25-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 13-cü iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda parlament sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov və MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov daxildir.

İclasda parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkibləri, komissiyanın 2015-ci ildə fəaliyyətinin nəticələri və qarşıdakı vəzifələr, Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlığın inkişafı üçün birgə parlament fəaliyyəti, növbəti 14-cü iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq.

 

DİGƏR Xəbərlər Arxiv