YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doğma Kəlbəcərimiz yenidən dirçələcək

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycan xalqı 30 illik həsrətdən sonra Ali Baş Komandan İlham Əliyevin iradəsi və qəhrəman oğullarımızın gücü sayəsində öz tarixi torpaqlarına qayıtdı. Düz 30 il həsrətində olduğumuz torpaqları yenidən görmək hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi xəyal idi. Bu xəyalı Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi ilə reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə sentyabrın 27-də Şanlı Ordumuzun başlatdığı əks-hücum əməliyyatları nəticəsində erməni əsarətində olan torpaqlarımız, yaşayış məntəqələrimiz, şəhər və kəndlərimiz işğaldan azad edildi. Ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş ruhuna malik olan Azərbaycan Ordusu öz gücü, yüksək döyüş qabiliyyəti, peşəkarlığı ilə Ermənistanın və onun havadarlarının illərlə qurub yaratdığı müdafiə xəttini darmadağın edərək, işğalçı düşməni məhv etdi. Qələbəmiz 2020-ci ilin 8 noyabr tarixində əbədi və əzəli şəhərimiz olan, Mədəniyyət Mərkəzimiz sayılan Şuşanın azad edilməsi ilə daha da qətiləşdi. Şuşanın işğaldan azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürətilə azad edilməsi düşmənin belini qırdı.

Beləliklə, Qudrətli Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın edilmiş, xeyli sayda hərbi texnikası, canlı qüvvəsi məhv edilmiş Ermənistan məğub olduğunu etiraf etdi və 10 noyabr 2020-ci il tarixdə Üçtərəfli Bəyənata, faktiki olaraq kapituiyasiya aktına imza atdı. Bəyanat uzun illər davam edən işğala son qoydu. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanata əsasən, dövlətimizin tələbi ilə işğal altında qalan digər ərazilərimiz – Ağdam, Kəlbəcər, Laçın müharibə olmadan, qan tökülmədən, mərhələlərlə Azərbaycana qaytarıldı. Noyabrın 25-də Kəlbəcər boşaldıldı, tarixi torpağımız bizə geri qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında Böyük Zəfər qazandı.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Kəlbəcər rayonunda yenidənqurma, quruculuq işləri yüksək sürətlə və keyfiyyətlə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza tez-tez səfərlər edir, orada gedən işlərlə yaxından tanış olur, xeyli sayda əhəmiyyətli layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müəllifliyi ilə tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və doğma Kəlbəcərimiz yenidən dirçələcək.