YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Xalqımız, dövlətimiz bu möhtəşəm tədbirin öhdəsindən layiqincə gələcək

«İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük üstünlüyü var. Təbii ki, bu tədbir Azərbaycanda keçirilirsə, ölkəmiz həm idman imkanlarına və nailiyyətlərinə, həm iqtisadi göstəricilərinə, coğrafiyasına və digər mühüm amillərə görə bu uğura nail olub». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu fakt, həmçinin, Avropanın Azərbaycana marağı deməkdir. Onun sözlərinə görə, artıq Avropa Oyunları başlamamışdan öncə Azərbaycan dünyada təbliğ olunur. «Hər bir ölkəni idman qədər dünyada tanıda bilən amil yoxdur. İndiyə qədər dünyanın harasında Olimpiya oyunları keçirilirsə həmin şəhərlər, ölkələr tarixə düşürlər. Yəni elmi, siyasi konfranslar, müsiqi, mədəniyyət festivalları ilə müqayisədə idman ölkəni tanıtmaq baxımdan daha öndə gedir. İlk Avropa Oyunlarına ev sahibliyi etməyə Azərbaycanın tam haqqı var. Son zamanlar ölkəmizdə idman sahəsində yeniyetmələrin uğurları artır. Yəni bu sahədə yeni nəsil yetişir. İdman sahəsində qazanılan nailiyyətlər artır. Biri var, hansısa ölkə öz daxilindəki hərc-mərcliklə, qarşıdurmalarla dünyanın diqqətini cəlb etsin, biri də var ki, ölkə böyük idman yarışları keçirməklə beynəlxalq müstəvidə tanınsın. İlk Avropa Oyunlarına da təxminən 50 ölkədən minlərlə idmançı, xeyli sayda turistlər gələcək. Şübhəsiz ki, bu uğurun əldə olunmasında Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə nüfuzu, eləcə də, xalqımız qarşısında xidmətləri  başlıca rol oynayır»- deyə, komitə sədri vurğulayıb.

N.Cəfərov, həmçinin, deyib ki, belə tədbirlər vasitəsilə dostu və düşməni də tanımaq olur: «Yəni onların hərəsi bir mövqe bildirirlər, dostlar sevinir, düşmənlər isə zərbə vurmaq istəyir. Beləliklə də, belə böyük tədbirlər dostla düşməni seçməyə imkan verir». İlk Avropa Oyunlarının böyük üstünlüklərinin olduğunu deyən N.Cəfərovun fikrincə, xalqımız, dövlətimiz bu möhtəşəm tədbirin öhdəsindən layiqincə gələcək.