YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq.

Bu məsələ parlamentin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əks edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Sənəd səsə qoyularaq təsdiqlənib.