YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir

«Azərbaycanın növbəti dəfə mötəbər beyənlxalq tədbirə ev sahibliyi etməsi mühüm hadisədir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dünya miqyasında böyük imicə malik olan şəxslərin bu forumda iştirakı bunu deməyə əsas verir.

«Forumda müzakirə olunan məsələlər də diqqəti cəlb edir. Burada dünyada movcud olan problemlər və onların həlli yolları haqda dəyərli fikirlər səsləndirilir. Hesab edirəm ki, bu platforma qlobal məsələlərin müzakirəsi baxımından ən uğurlu modeldir»- deyə, deputat qeyd edib.