YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti vətəndaşının yanındadır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.Bu gün Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini hər bir azərbaycanlının ümid yeri olan Prezident İlham Əliyev davam etdirir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi kimi, biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin.

30 ilə qədər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu zəfər Azərbaycana heç də asan başa gəlmədi. Qələbəyə Azərbaycanın rəşadətli Ordusu və Ali Baş Komandanın iradəsi və qətiyəti hesabına nail olundu. Bütün beynəlxalq təzyiqlərə, təhdidlərə sinə gərən Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi vədə əməl edərək torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək yolunu tutdu. Ölkədə yaradılmış iqtidar-xalq birliyi "çəkici bir zindana vurmağa" imkan yaratdı. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Azərbaycanın dinamik, ardıcıl inkişafının əsasında düşünülmüş siyasi qərarlar dayanır. Dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi siyasi xətt, ortaya qoyduğu siyasi iradə hər şeydən öncə Azərbaycan vətəndaşının xoşbəxtliyinin, rifahının təmin olunmasına xidmət edir.

Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır. Azərbaycan dövləti istənilən vəziyyətdə öz vətəndaşının yanındadır.