YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib ordumuz Azərbaycan xalqının qürurudur

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Milli Ordu quruculuğu Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasətin davam etdirilməsinə şərait yaratdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.

Bütün bu addımların nəticəsidir ki, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz düşməni darmadağın etməklə 30 illik işğala son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımı­zın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Ordusu bu gün NATO standartları səviyyəsində formalaşmışdır. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Rəşadətli Azərbaycan Or­dusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.

22 noyabr 2022-ci il tarixdə  keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümündə Partiyamızın sədri, Prezident İlham Əliyev Azərbaycanda  uğurla həyata keçirilən ordu quruculuğu haqqında bildirmişdir ki, Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik.

44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatları, bu əməliyyatların ən möhtəşəmi sayılan Şuşa zəfərində inam amilinin önə çıxdığını söyləmək olar. Bu Zəfər Liderin, Ali Baş komandanın xalqına, bu xalqın vətənpərvər övladlarına, Orduya inamı, etibarı nəticəsində mümkün oldu. Bu Zəfər xalqın, millətin öz Liderinə, Ali Baş Komandanına, Sərkərdəsinə inamı nəticəsində əldə edildi.

Prezident İlham Əliyev çıxışında  onu da vurğulamışdır ki, bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik.

Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!