YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir

Bu ilin yanvar –aprel aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 289,6 milyon dollar olub. Bu da Gürcüstanın həmin dövr üçün xarici ticarət dövriyyəsinin 9,6 faizini təşkil edir.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici ilə Azərbaycan bu ölkənin xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir.

Siyahıda birinci yerdə 476 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 248 milyon dollarla Çin Xalq Respublikası dayanır.

Yanvar –aprel aylarında Gürcüstanın ümumi ticarət dövriyyəsi (pərakəndə ticarət nəzərə alınmadan) 3 milyard 15 milyon dollar olub. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır.

 

DİGƏR Xəbərlər Arxiv