YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Rusiya Federasiyasının “Şərəf” ordenini təqdim edib

Rusiya Prezidenti Vladimir Putin mayın 21-də Kremlin Yekaterina salonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya Rusiya Federasiyasının “Şərəf” ordenini təqdim edib.

Yüksək mükafata görə Rusiya Prezidentinə minnətdarlığını bildirən Polad Bülbüloğlu deyib: “Mən başa düşürəm ki, “Şərəf” ordenini Sizdən, Rusiya Federasiyasının Prezidentindən, dərin ehtiram bəslədiyimiz bir şəxsdən qəbul etmək çox böyük şərəfdir. Mən Sizə cansağlığı, böyük Rusiya naminə uğurlar arzu edirəm”.