YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Eurosport”: Azərbaycanın yüksək təşkilatçılığına kimsə şübhə etmir

Planetin nüfuzlu idman kanalı “Eurosport” “Tour d’Azerbaïdjan-2015” beynəlxalq velosiped yarışı ilə bağlı süjet yayımlayıb.

Süjetdə yarışla bağlı maraqlı fikirlər səsləndirilib, Azərbaycan Prezidenti İlham Əliyevin “Synergy Baku” komandası ilə görüşü zamanı dediyi sözlərə yer verilib.

24 ölkədən 25 komandanın iştirakı ilə təşkil edilmiş veloturla bağlı məlumat verən süjetin müəllifi Azərbaycanda son 4 ildə belə böyük velosiped yarışının təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib və ölkəmizdə idmanın bu növünə marağın durmadan artdığını xüsusi vurğulayıb. Elə bu işlərin məntiqi nəticəsi kimi, gələcəkdə ən güclü yarışlarda iştirak edə biləcək rəqabətədavamlı “Synergy Baku” komandasının yaradılması ön plana çəkilib.

Qeyd olunub ki, ötənilki yarışla müqayisədə bu il yayım saatının artırılması dünya idman ictimaiyyətinin bu turnirə diqqətini daha da artırıb. Teleyayımın yüksək səviyyədə həyata keçirilməsi üçün görülən işlər, həmçinin yarışın yüksək təşkilatçılığı nəticəsində “Tour d’Azerbaïdjan”ın dünyanın ən yaxşı velosiped turlarından birinə çevrilməsi də süjetdə xüsusi qeyd olunub.

Bildirilib ki, veloturun sonuncu – beşinci mərhələsinin “Bakı-2015” birinci Avropa Oyunlarının velosiped yarışları ilə eyni marşrut üzrə keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin də yarışları şəxsən izləməsi “Eurosport” kanalı tərəfindən böyük maraqla qarşılanıb. Süjetdə, həmçinin dövlətimizin başçısının komanda hesabında çempion olmuş “Synergy Baku”nun üzvləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

İyunun 12-28-də keçiriləcək “Bakı-2015” ilə bağlı “Eurosport”a müsahibə verən birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tarixdə ilk dəfə təşkil olunacaq böyük idman yarışının həm Avropa, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu yarış sayəsində dünya idman ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığının, qədim tarixinin, yüksək mədəniyyətinin və qonaqpərvərliyinin şahidi olacaq.

Süjetin sonunda müəllif bildirib ki, hər kəs ildən-ilə Azərbaycanın yüksək sürətlə inkişafda olduğunu müşahidə edir. Artıq heç kim Azərbaycanın istənilən yarışı ən yüksək səviyyədə təşkil edə biləcəyinə qətiyyən şübhə etmir.

 

DİGƏR Xəbərlər Arxiv