YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-ci ilin ötən dövründə 2200-dək sahibkara 80 milyon manat güzəştli kredit verilib

Cari ilin ötən dövründə 2200-dək sahibkara 80 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə edilməklə investisiya layihələrinin reallaşdırılması 5300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev  bildirib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 93,4 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarının, iri buynuzlu cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük və bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bu müddətdə 8700-ə yaxın yeni iş yeri açılıb.