YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı verdi

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Respublikasının birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı verdi.

Başsağlığında deyilir: “Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk.”