YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Şri-Lanka arasında mədəniyyət sahəsində əlaqələrin qurulması məsələsi müzakirə olunub

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şri-Lankanın mədəniyyət naziri Nandilmitra Ekanayake ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Şri-Lankanın mədəniyyət naziri bundan sonra iki ölkə arasında mədəni əlaqələrin davam edəcəyini söyləyib.

Görüşdə Azərbaycan və Şri-Lanka arasında mədəniyyət sahəsində mübadilənin həyata keçirilməsi təklifi irəli sürülüb.

Həmçinin qarşılıqlı olaraq müxtəlif sərgilərin təşkil olunması və mədəni təqdimatların nümayişi kimi məsələlər də müzakirə edilib.

 

DİGƏR Xəbərlər Arxiv