YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Denis Brusilovski: İlk dəfə Bakıda keçirilən Forumda dini turizm mövzusuna toxunulub

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif məsələlər çox fəal surətdə həll edilib. İlk dəfə olaraq bu beynəlxalq tədbirdə dini turizm kimi aktual mövzulardan birinə toxunulub. Belə hesab edilir ki, turizm vasitəsilə insanlar öz mədəniyyətini, dinini dünyanın müxtəlif ölkələrinə daşıyan elçilərə çevrilirlər. Bu da öz növbəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına kömək göstərir. Qeyd etməyi lazım bilirəm ki, bu il UNESCO-nun 70 illiyi keçirilir və bu gün ilk dəfə olaraq dünyanın müxtəlif ölkələrindən mədəni və dinlərarası dialoq üzrə UNESCO kafedralarının rəhbərləri Bakıya toplaşıblar.

Bu sözləri dünya mədəniyyətinin və dinlərinin öyrənilməsi üzrə UNESCO kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi Denis Brusilovski (Qırğız Respublikası)  deyib.

Tanınmış dinşünas, həmçinin beynəlxalq forumun təşkilinə görə UNESCO kafedralarının rəhbərləri adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və onun Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın genişlənməsində əvəzsiz rol oynadığını vurğulayıb.