YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin, habelə hakimlərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyev hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin bir qrupunun yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, iki nəfər “Əməkdar hüquqşünas” fəxri adları ilə təltif edilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, beş nəfər “Tərəqqi” medalları ilə təltif olunub.