YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Bu gün Azərbaycan öz həyatını multikultural dəyərlər olmadan təsəvvür edə bilmir

«Azərbaycanda multikultural ənənələr əsrlərdən bəri xalqımızın qəlbində, beynində formalaşmış dəyərlərdir. Bu dəyərlər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin ən üzdə olan nümunələrinin içərisində bir inci kimi tarix boyu səpələnmiş şəkildədir». Bu fikirləri millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycan multikulturalizminin siyasi banisi, ölkəmizin multikultural ənənələrinin siyasi müstəviyə gətirilməsi bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycan öz həyatını multikultural dəyərlər olmadan təsəvvür edə bilmir.

«Biz Azərbaycanın həqiqətlərini, niyyətini dünyaya multikulturalizm vasitəsi ilə təqdim edirik. Ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə atılan vacib və əhəmiyyətli addımlardan biridir. Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir çox yolları var. Seçdiyimiz yol “Azərbaycan multikulturalizmi”ni xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Tələbələr fənnə böyük diqqət göstərirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır. Son illər ölkəmizdə görülən işlər, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə stimul verir»- deyə, K.Abdullayev vurğulayıb.