YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasının baş katibi: “ASAN xidmət” nadir modeldir, bir çox Avropa ölkələri üçün nümunə ola bilər

“ASAN xidmət” nadir modeldir. Mən hələ belə bir model görməmişdim. “ASAN xidmət” məndə çox böyük təəssürat yaratdı.

Bu sözləri Avropa Şurasının baş katibi Torbyorn Yaqland mayın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində yaradılmış şəraitlə tanışlıqdan sonra müsahibəsində söyləmişdir.

T.Yaqland demişdir ki, “ASAN xidmət” bir çox Avropa ölkələri üçün nümunə ola bilər. Avropa Şurasının üzvü olan bir çox ölkələr bu sistemdən çox şey öyrənə bilərlər. Bu sistem əhali arasında razılıq hissini daha da artırır. Bu cür ictimai xidmətlərin tətbiqi inkişafın ən vacib və yaxşı modeli hesab olunur, eyni zamanda, demokratik cəmiyyət quruculuğunun mühüm tərkib hissəsidir.

Avropa Şurasının baş katibi korrupsiya ilə səmərəli mübarizədə, şəffaflığın təmin edilməsində “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulamışdır.

Azərbaycanın innovasiyalar sahəsində uğurlarını yüksək qiymətləndirən T.Yaqland ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynadığını diqqətə çatdırmışdır. Avropanın enerji marşrutlarının şaxələndirilməsinə ehtiyacı olduğunu söyləyən baş katib bu baxımdan Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracatçısı kimi əhəmiyyətini xüsusi qeyd etmişdir.

T.Yaqland Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edəcəyinə əminliyini bildirmişdir.

DİGƏR Xəbərlər Arxiv