YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Zərdabda möhtəşəm bayram sevinci ilə qarşılanıb

Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın 12-də Zərdaba gətirilib.

Ana Kürün sahilində yerləşən Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.

Beləliklə məşəlçilərin yürüşü başlandı. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəldilər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirildi.

Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdılar.

İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salındı.