YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Bu gün Azərbaycan özünü dünyaya qüdrətli, müstəqil və güclü dövlət kimi təqdim edir

«Bəzi dairələrin məqsədi odur ki, Azərbaycan zəifləsin, müstəqil siyasəti olmasın. Ölkəmizə qarşı aparılan kampaniyaların arxasında erməni lobbisi dayanır ki, onların da əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmamasıdır». Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, həmin dairələr beynəlxalq müstəvidə bizi antidemokratik, insan haqları ilə bağlı problemli bir ölkə kimi göstərməyə çalışırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan özünü dünyaya tamamilə qüdrətli, müstəqil və güclü bir dövlət kimi təqdim edir.

«Bu baxımdan, ölkəmizin müstəqil siyasəti təbii ki, bir çox qüvvələrin xoşuna gəlmir və onlar çalışırlar ki, hər hansı bir imkan olan kimi heç bir məntiqə sığmayan məsələlərdə Azərbaycanı ittiham etsinlər”. Amma onlar qarayaxma ilə Azərbaycanı zəiflətməyə nail ola bilməyəcəklər. Azərbaycanın müstəqil siyasəti, ölkəmizin regionda olan nüfuzu, həyata keçirdiyi regional layihələrə nəzərə saldıqda görürük ki, dövlətimiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ona görə də bu qərəzli mövqe bizim heç bir işimizə təsir etməyəcək. Avropa Oyunlarını, ümumiyyətlə bütün regional layihələrimizi gerçəkləşdirəcəyik»- deyə, F.Muradov qeyd edib.