YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa öz töhfəsini verir

«İdman fundamental dəyər və fəaliyyət olaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq daha yaxından BMT sisteminə və BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətinə inteqrasiya edilib. 1993-cü ildə BMT Baş Assambleyasının “Beynəlxalq İdman ili və Olimpiya İdealı” adlı qətnaməsi qəbul edilib. Olimpiya idealı isə idman vasitəsilə bəşəriyyətin inkişafı, qarşılıqlı anlaşma, sülh və inkişafı ehtiva edir». Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 1993-cü ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən “İdman və Olimpiya idealı vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması” və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” qətnamələr qəbul edilir. Onun sözlərinə görə, sonuncu belə qətnamə BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə qəbul edilib.

 «Azərbaycan Respublikası da bu qətnamənin qəbul olunmasında yaxından iştirak edib. Bu qətnamədə təhsil, sağlamlıq, inkişaf və sülh naminə qitələr səviyyəsində keçirilən idman tədbirlərinin əhəmiyyəti vurğulanır. İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası nəticə etibarilə Olimpiya Xartiyasında və BMT Baş Assambleyasının qətnamələrində təsbit olunduğu kimi, bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa, qarşılıqlı anlaşmaya, mədəniyyətlər və dinlərarası dialoqa və ayrı-seçkiliyin aradan qaldırılmasına öz əsaslı töhfəsini verir. Azərbaycanı beynəlxalq səviyyədə təcəssüm etdirən yeni brend olaraq, Avropa Oyunları eləcə də BMT tərəfindən müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinin milli, region və qitə səviyyəsində həyata keçirilməsinə dəstək verir»- deyə, H.Hacıyev vurğulayıb.