YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: İkili standartlara qarşı Azərbaycan xalqının iradəsi ortaya qoyulub

«Anti-Azərbaycan kampaniyasına qarşı artıq ölkəmizdə ciddi müqavimət var. İkili standartlara qarşı Azərbaycan xalqının iradəsi ortaya qoyulub». Bu fikirləri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, ölkə daxilində anti-Azərbaycan koalisiyasında yer alan anti-milli qüvvələr də var. Onların azlıq təşkil etdiyini deyən millət vəkilinin sözlərinə görə, radikalların mövqeyi  demək olar ki, cəmiyyətdə hiss olunmur, görünmür və eşidilmir.

«Azərbaycana qarşı bəzi qeyri-hökumət təşkilatlarının qərəzli bəyanatları da yolverilməzdir. Artıq onların sifarişlə işlədiyi hər kəsə məlumdur. Ona görə də, belə bəyanatlar ciddi qəbul olunmur»- deyə, F.Ağamalı qeyd edib.