YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyan ölkədir

Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Xalqlarımız arasındakı tarixi bağlar, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. “Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Nəqliyyat sahəsində “Orta dəhliz”in, Şərq-Qərb nəqliyyat dəhlizinin ölkələrimizi bir-birinə daha da sıx bağlayacağını qeyd edən Prezidenti İlham Əliyev deyib: “Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir”.